525.Az

Süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək


 

Süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək <b style="color:red"></b>

26-28 Aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda "Rəqəmsal idarəetmədə süni intellekt" mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək.

"PAŞA Holdinq", Azərbaycan Beynəlxalq Bankı, "BestComp" və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur.

Agentlikdən verilən məlumata görə, konfrans çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib bir sıra məsələlərini müzakirə edəcəklər. Konfransın rəsmi veb-səhifəsi - www.ai4digigov.com - da proqram, spikerlər, həmçinin, data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də qeydiyyatdan keçmək mümkündür.

 





18.04.2021    çap et  çap et