525.Az

Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq


 

Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq <b style="color:red"></b>

2021-ci ildə boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq, 8 milyard kubmetr qaz Türkiyəyə, 5 milyard kubmetrdən çox qaz Avropa bazarlarına nəql olunacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyininin (BEA) hesabatında bildirilib.

Agentliyin hesablamalarına əsasən, 2020-ci ilin oktyabrından 2021-ci ilin fevralınadək olan müddət ərzində Azərbaycan qazının tədarükü əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz artıb:

"2021-ci ildə Avropanın qaz idxalına tələbatının təxminən faiz artması gözlənilir. Bu, tələbatın bərpa olunması, daxili hasilatın azalması və anbarların doldurulması üçün tələbin artması ilə əlaqədar olacaq. 2021-ci il aprelin əvvəlində anbarlarda qaz ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyard kubmetr azdır. Proqnozlara əsasən, mayeləşdirilmiş təbii qaz idxalı 2019-ci ilin rekord səviyyələrinə yaxın olacaq".

 





18.04.2021    çap et  çap et