525.Az

"Azərişıq" yeni elektron xidməti istifadəyə verib


 

"Azərişıq" yeni elektron xidməti istifadəyə verib <b style="color:red"></b>

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmaq üçün yeni elektron xidməti istifadəyə verib.

Təqdim olunan xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər. ASC-nin sədrinin müşaviri Fərrux Əmirov bildirib ki, artıq sözügedən xidmət vasitəsi ilə 4 minə yaxın müraciət daxil olub.

Qeyd olunub ki, artıq qurumun 19 xidməti elektronlaşdırılıb. Abunəçilərin elektrik şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan bu xidmət abunəçiyə imkan verir ki, 20 gün müddətində şəbəkəyə qoşulmaq üçün müraciət etsin.

O, həmçinin, əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda bilər.

 





18.04.2021    çap et  çap et