525.Az

Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir


 

Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bərpa edilir <b style="color:red"></b>

2020-ci il sentyabrın 27-də başlayan əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin bir çox dinc şəhər və rayonları raket atəşinə tutması nəticəsində mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlət başçısının 2020-ci il 6 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası qısa müddət ərzində qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparıb.

Hazırda bu çərçivədə 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir.

Bu ərazilərdən biri də Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq, düşmən hücumları ilə qəhrəmanlıqla mübarizə aparan Tərtərdir.

Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna da böyük ziyan dəyib ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. Təmir-bərpa işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin, şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanacaq.

 





18.04.2021    çap et  çap et