525.Az

26 dövlət əmlakı hərraca çıxarılacaq


 

26 dövlət əmlakı hərraca çıxarılacaq <b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 11-də növbəti dəfə hərrac təşkil edəcək.

Qurumdan verilən məlumata görə, hərraca 26 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və yaxud Özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

 





18.04.2021    çap et  çap et