525.Az

AzMİU-da onlayn təbliğat kampaniyasına start verilib


 

AzMİU-da onlayn təbliğat kampaniyasına start verilib<b style="color:red"></b>

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə keçirilən təbliğat kampaniyası çərçivəsində bölgələrdə yerləşən orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri ilə onlayn görüşlərə start verilib. İlk onlayn görüş Biləsuvar rayonunun abituriyentləri ilə olub.

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Qəbul komissiyasının rəhbəri Surxay Əliyev, İnşaat fakültəsinin dekan müavini Nazim Cəfərov, İnşaat-texnologiya fakültəsinin müəllimi Şahmar Rəfilinin iştirakı ilə keçirilən onlayn görüşdə məzunlara universitet barədə ətraflı məlumat verilib. Çıxış edənlər AzMİU-nun tarixi, bu günü, fakültələri, ixtisasları və beynəlxalq əlaqələrindən danışıblar. Həmçinin, universitetə qəbul qaydaları, fakültə və ixtisaslarla bağlı təbliğat və söhbətlər aparılıb, xüsusi qabiliyyət tələb edən ixtisaslarda vacib məqamlardan söz açılıb.

Bayram Aslanov tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitet rəhbərliyi tərəfindən yaradılan şərait, AzMİU-nun ictimai həyatı barədə məlumat verib.

Görüşün sonunda universitetlə bağlı tanıtım videoçarxları nümayiş olunub, abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

SEVİNC

 





18.04.2021    çap et  çap et