525.Az

Emin Əmrullayev: "Teledərslərin keyfiyyəti getdikcə yüksəlməkdədir"


 

Emin Əmrullayev: "Teledərslərin keyfiyyəti getdikcə yüksəlməkdədir"<b style="color:red"></b>

"Artıq "Dərs vaxtı" proqramının 8000-ci buraxılışı efirdə yayımlanıb. Həqiqətən də artıq  8000-ci  dərsin çəkilməsi  Azərbaycan təhsili üçün birmənalı olaraq müsbət bir haldır. Çünki mən inanıram ki, post-pandemiya dövründə də həmin dərslərin şagirdlər üçün əlçatan olması istənilən halda yaxşı xəbərdir. Yəni teledərslərin olması olmamasından daha yaxşıdır. Nəzərə alsaq ki, 8000-ci  teledərsin çəkilməsi bizim həm televiziya, həm müəllim həmkarlarımızın böyük zəhməti və səyi nəticəsində mümkün olub".

Bunu Təhsil naziri Emin Əmrillayev deyib. Nazir bildirib ki, pandemiyanın ilk dövrlərində bütün məhdudiyyətlərə, risklərə  baxmayaraq, həm müəllimlərin, eyni zamanda, televiziya işçilərinin burada çox vacib bir əməkdaşlığı quruldu və nəticə də oldu.

E.Əmrullayev bildirib ki, təbii ki, teledərslər bütün problemləri həll etmir. Bilirik ki, 99 faizdən yuxarı hər bir kəsin  evində televizor var və Azərbaycan Dövlət Televiziyasından bu dərsləri hamı izləyir. Bu baxımdan dərslik və teledərs minimal olaraq hər bir şagirdin öyrənməsi üçün əlində olan imkandır. Təbii ki, minimal və arzu edilən arasında müxtəlif məsafələr var. Bu, istər ailələrdən, bölgələrdən asılı olaraq dəyişir və Təhsil Nazirliyi üçün ən böyük problemlərdən biridir: "Çünki biz hər bir şagirdin davamlı və  eyni zamanda, keyfiyyətli təhsil almağını istəyirik. Amma nə bizdə, nə də başqa ölkələrdə bu həmişə mümkün olur. Amma biz bu ideyaya doğru addımlamalıyıq. Məncə, ona görə teledərslərin minimal müsbət təsir, həmçinin, uzunmüddətlilik baxımından da rolu əvəzsizdir. Düşünürəm ki, teledərslərin keyfiyyəti getdikcə yüksəlməkdədir".

SEVİNC

 





18.04.2021    çap et  çap et