525.Az

Maska taxmaq tələbi ləğv edildi - İsraildə


 

Maska taxmaq tələbi ləğv edildi - <b style="color:red">İsraildə </b>

İsraildə tibbi maskaların istifafəsi ilə bağlı yeni qərar qəbul edilib.

525.az xəbər verir ki, ölkədə açıq havada tibbi maska taxmaq tələbi ləğv edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib. Qərarda qeyd edilib ki, ölkə üzrə koronavirusa yoluxma sayında azalma müşahidə edildiyi üçün küçədə tibbi maska taxmağa ehtiyac yoxdur.

Qeyd edək ki, əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

 





18.04.2021    çap et  çap et