525.Az
Türkiyənin Azərbaycandakı səfiri xalqımızı Novruz bayramı münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.
Bu barədə Trend Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Səfir A.Coşqun təbrik mesajında bildirib: "Baharın gəlişini və təbiətin yenidən oyanışını müjdələyən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruzun qardaş Azərbaycan xalqı və türk dünyasına sülh, əmin-amanlıq və bərəkət gətirməsini arzu edirəm. Bu vəsiləylə azərbaycanlı qardaşlarımızın Novruz bayramını ən səmimi duyğularla təbrik edirəm".
18.03.2014
çap et