525.Az

Türkmənistan Prezidentinin atası vəfat edib


 

Türkmənistan Prezidentinin atası vəfat edib<b style="color:red"></b>

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.

525.az-ın məlumatına görə, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.

 





18.04.2021    çap et  çap et