525.Az

Türkiyədə bu gün 318 nəfər COVID-19-dan ölüb


 

Türkiyədə bu gün 318 nəfər COVID-19-dan ölüb<b style="color:red"></b>

Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 318 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə  bu infeksiyadan ölənlərin ümumi sayı 35 926 nəfərdir, 3 275    koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 268 447 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 687 590-ı müalicə olunaraq sağalıb.

 





18.04.2021    çap et  çap et