525.Az

"Şərq TV" internet televiziyası fəaliyyətə başlayır


 

"Şərq TV" internet televiziyası fəaliyyətə başlayır <b style="color:red"></b>

“Şərq” qəzetinin yeni internet televiziyası fəaliyyətə başlayır.

525.az xəbər verir ki, bu haqda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öz feysbuk səhifəsində məlumat verib. Baş redaktor layihənin uğur qazanacağına, rəqabətə davam gətirəcəyinə inandıqlarını bildirib:

"Nə zamansa xəyal etdiklərimiz indi gerçəkləşir. "Şərq" qəzeti nəşrə başlayandan az sonra ən maraqlı müsahibələrimizi "Şərq TV" rubrikasında çap edirdik. Televizorun fotosunun bir küncünə "Şərq TV" yazıb, mahiyyətə uyğun dizayn verməyə, oxucuda canlı müsahibə ovqatı yaratmağa  çalışırdıq. O vaxtdan nə az , nə çox, 24 il ötür.

Xəyallarımız , arzularımız indi gerçəkləşir. 3 aydan çoxdur ki, gücümüzün, enerjimizin bir hissəsini həm də media platforması üzərində internet televiziyası qurmağa sərf edirik. Açığı, uzun illər klassik qəzetçiliklə məşğul olan, indi isə yeni medianın üstünlüklərindən bəhrələnməyə çalışan komanda üçün  bu yeni layihələr çətin olsa da həvəslə, səbrlə işlər davam edir. Demək olar ki , hər gün öyrənir, araşdırır, müzakirə aparır, bu işin peşəkarlarından məsləhətlər alırıq. Fərqli bir teleməkan yaradacağımıza inanır, gücümüzə arxayınıq. Bu sırada bizə öz  dəstəyini göstərən telejurnalistikanın  ağsaqqallarından olan Qulu Məhərrəmlini, Elçin Əlibəylini, illərin dostu Rasim Mustafaoğlunun adını çəkməmək olmaz, sağ olsunlar. Dəyərli məsləhətlər, istiqamətlər verdilər”.

 





19.04.2021    çap et  çap et