525.Az

Ərzaq məhsulları bahalaşıb


 

Ərzaq məhsulları bahalaşıb<b style="color:red"></b> Ötən ay istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, ərzaq məhsullarının qiymətləri 0.8 faiz bahalaşıb.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.

Ötən ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri 0.2 faiz bahalaşıb.
 





18.03.2014    çap et  çap et