525.Az

Bu ölkələr arasında aviauçuşlar bərpa edilir


 

Bu ölkələr arasında aviauçuşlar bərpa edilir<b style="color:red"></b>

Yoluxma sayını kəskin azalda bilən Avstraliya və Yeni Zelandiyada bir ildən çoxdur tətbiq olunan karantin tələbləri ləğv edib. Bu gün iki ölkə arasında minlərlə insanın səyahət edəcəyi aviauçuşlar da gözlənilir.

525.az xəbər verir ki, COVID-19 pademiyasının başlaması ilə keçən ilin martından bəri iki ölkə arasında səyahətlərə karantin müddəti tələb edilirdi. Lakin ölkələr məhdudiyyətləri sərtləşdirərək yoluxmaların azalmasına nail ola biliblər. Bu səbəbdən uçuşların ənənəvi qaydalarla həyata keçirilməsinə başlanılıb. Verilən məlumata görə, Avstraliyanın Baş naziri Skott Morrison və Yeni Zenlandiya Baş naziri Casinda Ardern birgə açıqlamalarında səyahət azlığı ilə iqtisadi artım hədəflədiklərini də deyiblər.

Qeyd edək ki, Yeni Zelandiyanın turizm gəlirlərinin 40%-ni Avstraliyadan gələn turistləri təşkil edir.

Firuzə Əliyeva

 





19.04.2021    çap et  çap et