525.Az

Daha bir qondarma respublika Rusiyaya birləşmək istəyir


 

Daha bir qondarma respublika Rusiyaya birləşmək istəyir<b style="color:red"></b> Tanınmamış Dnestryanı respublikasının Ali Soveti Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət ünvanlayıb.

APA-nın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, məqsəd Rusiya qanunvericiliyində tanınmamış respublikanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü üçün dəyişikliklər edilməsidir.
 
Müraciəti Dnestryanı Ali Sovetinin sədri Mixail Burla imzalayıb.
 
Qeyd edək ki, 2006-cı ildə Dnestryanıda keçirilən referendumda əhalinin 97,2 faizi tanınmamış respublikanın Rusiyaya birləşməsinə səs verib.
 





18.03.2014    çap et  çap et