525.Az

Ceyhun Bayramov Misirə başsağlığı verib


 

Ceyhun Bayramov Misirə başsağlığı verib<b style="color:red"></b> Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misirə başsağlığı verib.

525.az-ın xəbərinə görə, bu barədə nazir "Twitter"hesabında qeyd edib.

"Qahirənin şimalında baş verən qatar qəzası nəticəsində çoxsaylı insanı ölümü və xəsarət alması xəbərinə dərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm", - nazir qeyd edib.

Xatırladaq ki, Qahirədə baş verən qatar qəzasında 11 nəfər ölüb, 98 nəfər yaralanıb.

 





19.04.2021    çap et  çap et