https://525.az/img/pics/medium/2024-04/310155_guuf806cop.jpg Üzeyir Hacıbəyli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə - Aysel Kərim yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Topçubaşov xəstəxanasında sığorta möhürü - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/310235_wx3t48hzdn.jpg Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
https://525.az/img/pics/medium/2023-07/275409_up36pcftti.jpg İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
search
16 Aprel 2024

"Real", "Mançester Siti" və "Çelsi" ÇL-dən kənarlaşdırılır - Rəsmi

"Real", "Mançester Siti" və "Çelsi" ÇL-dən kənarlaşdırılır - Rəsmi

UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller Avropa Superliqasına qatılacaq komandaların cümə günü Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib.

525.az xəbər verir ki, bu barədə o, "DR Sport"a açıqlamasında deyib. Danimarka Futbol Federasiyasının prezidenti olan Y.Meller bildirib ki, "Real", "Mançester Siti" və "Çelsi" turnirdən kənarlaşdırılır: "Bununla bağlı qərarın cümə günü açıqlanacağını gözləyirəm. Bütün 12 klubun da Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı gözləntim var. Sonra Çempionlar Liqasının necə bitəcəyini görəcəyik".

Cümə günü UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında aprelin 27-i PSJ - "Mançester Siti", "Real" - "Çelsi" ilk görüşləri keçirilməlidir.

Xatırladaq ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.