525.Az

Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub


 

Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.

525.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxıb və onun icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakiminin - Siyavuş Hacıyev, İradə Həsənzadə, Rahib Salmanovun COVID-19 testinin cavabı pozitiv çıxıb.

 





20.04.2021    çap et  çap et