525.Az

İtkin düşmüş hərbçimizin şəhid olduğu məlum olub


 

İtkin düşmüş hərbçimizin şəhid olduğu məlum olub<b style="color:red"></b>

Azərbaycan ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin şəhid olduğu məlum olub.

525.az-ın xəbərinə görə, ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşdüyü bildirilən Hacıqabul rayon sakini  Kərimli Qalası Müslüm oğlunun nəşi tapılıb.

Qeyd edək ki, Kərimli Qalası Müslüm oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə  Kərimli “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Məlumatı Müdafiə Nazirliyindən təsdiq ediblər.

 





20.04.2021    çap et  çap et