525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondu yeni kampaniyaya start verir


 

Mənəvi Dəyərlərin Təbliği Fondu yeni kampaniyaya start verir<b style="color:red"></b> Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımıza xas olan xeyirxahlıq, humanizm və yardımlaşma kimi yüksək mənəvi dəyərlərin qorunmasına böyük əhəmiyyət verir.

525.az xəbər verir ki, fond ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar, iftar süfrələrinin və kütləvi tədbirlərin keçirilməsinə qoyulan məhdudiyyətləri nəzərə alaraq, Müqəddəs Ramazan ayı münasibətilə “Yardımlaşdıqca güclü oluruq” adlı kampaniyaya start verir.

Kampaniya çərçivəsində vətəndaşlar qeyd olunan bank hesabı vasitəsilə Fonda ianə edə bilərlər. Mənəvi Dəyərlərin Təbliği Fondu bu ianələr vasitəsilə şəhid ailələri, müharibə əlilləri və özünəqulluq qabiliyyətini itirmiş aztəminatlı vətəndaşların ailələrinə yardım etməyi nəzərdə tutur.

Qeyd edək ki, daxil olan ianələr və edilən yardımlar barəsində məlumatlar mütəmadi olaraq Fondun saytında və sosial şəbəkə hesablarında paylaşılacaq.

 





20.04.2021    çap et  çap et