525.Az

Əyyub Quliyev "Teatr və şəhər" beynəlxalq forumunda


 

Əyyub Quliyev "Teatr və şəhər" beynəlxalq forumunda<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrnın baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev aprelin 17-də Çinin Tayçanq şəhərində keçirilən və Beynəlxalq "İpək Yolu" Teatrlar Liqasının təşkil etdiyi "Teatr və şəhər" forumunda iştirak edib.

Azərbaycanla bərabər, forumda Almaniyadan "Komişe oper" teatrının direktoru Filip Berkeniq, Maltadan Aralıq dənizi Mədəniyyət Assosiasiyasının rəhbəri Kennet Spiteri, İtaliya-Çin Mədəniyyət Mərkəzinin rəhbəri Cüzeppina Markionne, Seul Mədəniyyət Mərkəzinin prezidenti Yo İn Taek (Koreya), Artskeyp Teatrlar Birliyinin idarə heyətinin sədri Marianna le Rua (Cənubi Afrika), Quanqjou və Tayçanq Opera teatrlarının direktorları və digər Avropa və Asiya ölkələrinin opera teatrların rəhbərləri iştirak etmişlər.

Forumun məqsədi  teatrların mövcud olduqları şəhərlərin mədəni və tarixi simasının formalaşmasında rolunun, eyni zamanda, şəhər və cəmiyyətin teatrla ünsiyyət və əlaq vasitələrinin öyrənilməsinə həsr edilmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı 2020-ci ilin noyabr ayından nüfuzlu "İpək Yolu" beynəlxalq teatrlar liqasına üzv qəbul olunub. Uğurlu əməkdaşlığın nəticəsi kimi 2021-ci ilin avqust ayında Sincan şəhərində keçiriləcək beynəlxalq rəqs festivalında Azərbaycan Opera Teatrının iştirakı barəsində razılığa gəlinib. Festivalın proqramında dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin təqdimatı gözlənilir.

 





20.04.2021    çap et  çap et