525.Az

Birlik türküsü - Nafiz Nayırın şeiri


 

Birlik türküsü - <b style="color:red">Nafiz Nayırın şeiri </b>

Türkiyəli şair Nafiz Nayır 1950-ci ildə Ərzincanda anadan olub. Dövlət və özəl məktəblərdə 37 il Türk dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib.

Hazırda təqaüdçüdür. İki şeir kitabı çap olunub: "Hüzün Hüzün" (2016) və "Ey sevgili Hüzün" (2016). Şairin ilk kitabından Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş bir şeiri təqdim edirik.

Nafiz NAYIR

Birlik türküsü

Uzaqdakı qardaşım yol gözləyir nə vaxtdır,
İkimiz bir dünyanın üfüqləri kimiyik.
Atası öz əmimdir, babaları babamdır,
Biz onunla bir evin uşaqları kimiyik.

Sevgim azuqə ola, həsrətim də ki qanad,
Deyirəm, bir gün gedəm gözləndiyim diyara.
Gecə nəğmə oxuyam əsən küləyə inad,
Bakının körpələri dalarkən yuxulara.

İçimdəki müqəddəs məşəli yandıraraq
Addım-addım dolaşam bütün Altay elini.
Nur simalı bir qoca mənə baxaraq gülə,
Bir qab qımız da verə obamızın gəlini.

Başımı əysəm yerə, xatırlaram Kırımı,
O an dalıb gedərəm qaranlıq xəyallara.
Beynimi gəmirəndə faciəvi soyqırım,
Mən də sürgün oluram çox uzaq obalara.

Ürəyim düyün-düyün Asiya səhərində,
Qardaşım gəlir deyə gözlərim onu gözlər.
Fırtınalar susacaq bir gün şəfəq yerində,
Şirin bir meh sayağı Türkmənlər gələcəklər.

Əlbət, bitəcək həsrət, əlbət ki qovuşacaq
Qırğız, Özbək və Göytürk, Tatar, Uyğur və Qazax.
O zaman bu dünyada növbə də dəyişəcək,
Türkümüzün sədası yeri-göyü tutacaq...

 





20.04.2021    çap et  çap et