525.Az

Bu yaşda olanlarda koronavirus sürətlə artır - ÜST


 

Bu yaşda olanlarda koronavirus sürətlə artır - <b style="color:red">ÜST</b>

Hazırda bütün dünya bir tərəfdən koronavirusun yeni növlərinin yaratdığı çaşqınlıq, digər tərəfdən vaksin yarışı ilə mübarizə aparır.


525.az xəbər verir ki, epidemiya ilə mübarizənin davam etdiyi bir vaxtda Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) qorxulu açıqlama gəlib. Belə ki, 25-59 yaş arasındakı şəxslərdə yoluxma sayının həyəcanverici şəkildə artdığı deyilir. ÜST-ün mətbuat konfransında baş direktor Tedros Adhanom Qebreyesus isə dünyanın önümüzdəki aylarda qlobal COVID-19 epidemiyasına nəzarət etmək fürsəti olduğunu bildirib. O, insanlara çağırış edib:
"Əlimizdəki vasitələri ardıcıl və bərabər şəkildə istifadə etsək, bu epidemiyanı aylar ərzində idarə edə bilərik".

Qlobal ölümlərə diqqət çəkən Qebreyesus qeyd edib ki, keçən həftə COVID-19-a yoluxmalar artaraq 5.2 milyonu keçib. Onun sözlərinə görə, ÜST 3 milyondan çox ölüm halı qeydə alıb. Qeyd edək ki, bu rəqəm 9 ay ərzində bir, 4 ayda iki, son 3 ay müddətində isə üç milyona çatıb.

Firuzə Əliyeva

 





20.04.2021    çap et  çap et