525.Az

Bu uşaqları övladlığa götürənlərə güzəşt müəyyənləşib


 

Bu uşaqları övladlığa götürənlərə güzəşt müəyyənləşib<b style="color:red"></b>

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı övladlığa götürən şəxslərdən biri (özlərinin istəyi ilə) əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququna sahib olacaq.

525.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu güzəşt hüququ övladlığagötürmə barədə məhkəmə qərarının surəti əsasında müəyyənləşdiriləcək.

 





20.04.2021    çap et  çap et