525.Az

Brazilyada koronavirus səbəbilə ölüm sayı yenidən artdı


 

Brazilyada koronavirus səbəbilə ölüm sayı yenidən artdı <b style="color:red"></b>

Braziliyanın Rio-de-Janeyro şəhərində son altı ay ölüm nisbəti doğum nisbətini üstələyib.

525.az xəbər verir ki, bu vəziyyət ölkədəki koronavirus böhranının nə qədər ağır olduğunu göstərir. Belə ki, təkcə mart ayında şəhərdə 36 477 ölüm qeydə alınıb ki, bu da doğum sayından 16% daha yüksəkdir. Rio-de-Janeyro bu baxımdan tək şəhər deyil. Brazilyanın yarım milyondan çox əhalisi olan digər 10 şəhərində də doğum sayından daha çox ölüm qeydə alınıb.

Bu rəqəmlər Braziliya hökumətinin koronavirusla mübarizədə uğursuzluğu kimi qiymətləndirilir.

El Roman

 





20.04.2021    çap et  çap et