525.Az

"Biz AŞPA-da qeyri-obyektiv yanaşma görürük"


 

"Biz AŞPA-da qeyri-obyektiv yanaşma görürük"<b style="color:red"></b>

"Biz AŞPA-da qeyri-obyektiv yanaşma görürük. Erməni aqqresiyası və sivillərə hücumları bu assambleyada görməzdən gəlinir".

525.az-ın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Mehmet Mehdi Eker AŞPA-nın yaz sessiyasında erməni əsirlərlə bağlı gedən debat zamanı çıxışında deyib.

Deputat, Dağlıq Qarabağın 30 ildir ki, erməni işğalından əziyyət çəkdiyini, Ermənistanın qeyri-qanuni işğalı nəticəsində Azərbaycanın mədəni və tarixi irsi, ekologiyasının ciddi şəkildə zərər gördüyünü deyib. O, çıxışında Gəncə və Bərdədə ermənilər tərəfindən törədilən terror hadisələrini xatırladıb, yüzlərlə sivilin öldüyünü və yaralandığını da əlavə edib. Mehmet Eker, AŞPA-nı tərəfsiz olmağa çağırıb.

 





20.04.2021    çap et  çap et