525.Az

Texnoloji inqilab: Yalan söyləyənlər gözlərindən aşkarlanacaq


 

Texnoloji inqilab: Yalan söyləyənlər gözlərindən aşkarlanacaq<b style="color:red"></b>

ABŞ-ın “Konverus” texnologiya şirkəti 90 faiz dəqiqliklə işləyən bir yalan aşkarlama cihazını təqdim edib.

525.az xəbər verir ki, “EyeDetect” adlanan cihaz təxminən 100 fərqli faktorla birlikdə göz bəbəyində olan dəyişiklikləri qeyd edə bilir və bunun üçün göz izləyicisindən istifadə edir.

Yeni texnologiya insanların nəbzinin sürətini, nəfəs alma qaydalarını və ya tərləməsini izləyən yalan detektorundan fərqli işləyir. Şirkətin prezidenti Todd Mikelson açıqlamasında insanların nəfəs almağı necə idarə edə və tərləməməyi öyrənə biləcəklərini bildirib. İnsanların edə bilməyəcəyi şey isə onların gözündə özlərindən asılı olmadan baş verən dəyişikliklərə nəzarət etmək olduğunu deyib.

Hüquqşünaslar 90% dəqiqliklə işləyən aşkarlama cihazına böyük maraq göstəriblər. Vəkillər bu testin cinayət məhkəmələrində istifadə olunmasını tələb ediblər.

Firuzə Əliyeva

 





20.04.2021    çap et  çap et