525.Az

Tramp Baydeni Rusiya ilə mənfi münasibətlərdə günahlandırıb


 

Tramp Baydeni Rusiya ilə mənfi münasibətlərdə günahlandırıb<b style="color:red"></b> Prezident seçkilərində məğlub olduqdan sonra siyasi arenada çox görünməyən Tramp, ABŞ-ın hazırkı dövlət başçısının Çin və Rusiyanı bir-birinə yaxınlaşdırdığını deyib.

525.az xəbər verir ki, Tramp öz prezidentliyi dövründə Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In və ABŞ bölgəsindəki güclü liderlərlə yaxşı münasibət qurduğunu bildirib. Tramp Bayden administrasiyasının Rusiya ilə bağlı siyasətini tənqid edib: "Rusiyanı Çinin əlinə salmaq əvəzinə, Rusiya ilə münasibət qurmağı və onlarla əməkdaşlıq etməyi bacarmalıyıq. Edə biləcəyiniz ən pis şey Çin və Rusiyanı bir araya gətirməkdir. Ancaq indi onlar bir yerdədir".


Həmçinin, son vaxtlar ABŞ-ın cənub sərhədində qanunsuz immiqrantların artmasında Bayden rəhbərliyini günahlandıran Tramp, onun ölkəyə böyük ziyan vurduğunu qeyd edib. Tramp qeyri-qanuni immiqrant sayının artması ilə bölgədə həm COVID-19 epidemiyasının davam edəcəyini, həm də insan və narkotik alverinin artacağını iddia edib.


Firuzə Əliyeva

 





21.04.2021    çap et  çap et