525.Az

Dünyanın yalnız 3 faizində ekoloji şərait korlanmayıb - Araşdırma


 

Dünyanın yalnız 3 faizində ekoloji şərait korlanmayıb - <b style="color:red"> Araşdırma</b> Bir çox ölkədən olan alimlərin birlikdə apardıqları araşdırmasına görə, bütün dünyanın yalnız 3 faizində ekoloji şərait korlanmamış qalıb.

525.az xəbər verir ki, ekoloji cəhətdən korlanmamış ərazi dedikdə, sağlam populyasiyaya sahib olan bütün orijinal heyvan növlərinin və zərər görməmiş yaşayış yerlərinin mövcudluğu nəzərdə tutulur. İnsan fəaliyyətindən zərər görməmiş bu təmiz ərazilər Amazon ovalığı, Konqodakı tropik meşələr, Şərqi Sibir və Kanadanın şimalındakı meşələr, həmçinin Tundra və Səhra çölündə yerləşir. 

Araşdırmaya görə, pişik, tülkü, dovşan, keçi və dəvə kimi invaziv növlərin yerli heyvan növlərinə böyük təsir göstərdiyi Avstraliyada isə ekoloji şəraitin korlanmadığı ərazi yoxdur.

 
El Roman

 





21.04.2021    çap et  çap et