525.Az

Zelenski səfərbərliklə bağlı qanun imzaladı


 

Zelenski səfərbərliklə bağlı qanun imzaladı<b style="color:red"></b>

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan hərbi vəzifəliləri lazımi anda səfərbər etməyə imkan verən qanunu imzalayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti martın 30-da Ali Rada tərəfindən qəbul edilmiş 1357-IX nömrəli hərbi xidmətə çağırış və səfərbərliklə bağlı qanunu imzalayıb.

Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin səfərbərlik elan olunmadan xüsusi dövrdə ehtiyatda olanlarla (döyüş təcrübəsi olan, hərbi təlim keçmiş kadrlarla) təchiz edilməsinə dair tələbləri yaxşılaşdırır. Bu, bütün hərbi hissələrin müdafiə qüvvələrini sürətlə artırmağa imkan verəcək və hərbi təcavüz zamanı döyüş qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracaq və qəfil təhdidlərə vaxtında cavab verəcək.

 





21.04.2021    çap et  çap et