525.Az

BDU-nun sabiq müəllimi vəfat edib


 

BDU-nun sabiq müəllimi vəfat edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin sabiq müəllimi Ağamusa Zeynalov vəfat edib.

525.az xəbər verir ki, 81 yaşlı A. Zeynalov ötən gün axşam saatlarında dünyasını dəyişib. 

Qeyd edək ki, Ağamusa Zeynalov 1940-cı ildə anadan olub. 1958-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub. 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunda „Gənc müəllim" qəzetində çalışıb. 1973-1977-ci illərdə BDU-da “Bakı universiteti" qəzetinin redaktoru, 1965-1994-cü illərdə direktoru olub. 

1994-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təgrübəsi kafedrasında baş müəllim vəzifəsində işləyib. 50 elmi, 600-dən çox publisistik məqalənin müəllifidir.

 





21.04.2021    çap et  çap et