525.Az

Sakit okean adasında koronavirus həyəcanı


 

Sakit okean adasında koronavirus həyəcanı<b style="color:red"></b>

Sakit okeanın cənubunda yerləşən Vanuatu ada dövlətində koronavirus nisbətən daha gec yayılıb. Hətta ötən il ölkə epidemiyadan ciddi şəkildə qoruna bilib.

525.az xəbər verir ki, cəmi üç min vətəndaşı olan Vanuatuda bu vaxta qədər yoluxanların sayı 3 nəfər olub. Lakin apreldə baş verən bir hadisə ölkəni təşvişə salıb. Belə ki, adanın mərkəz sahillərinin birində flippinli bir balıqçının cəsədinin sahilə vurduğu açıqlanıb.  Morqa aparılan cəsədin COVID-19 testi müsbət nəticə verib. Lakin adamın ölüm səbəbinin koronavirus olub-olmadığı məlum deyil.

Bununla belə, hadisə yerindəki 16 nəfər karantinə alınıb.  Səhiyyə Nazirliyi toplu yoluxma riski olmasa da, hər kəsi test verməyə çağırıb.

Firuzə Əliyeva

 





21.04.2021    çap et  çap et