525.Az

İki yaşlı uşağın mədəsindən 209 maqnit topu çıxdı


 

İki yaşlı uşağın mədəsindən 209 maqnit topu çıxdı<b style="color:red"></b>

Rusiyada gerçəkləşən əməliyyat həkimləri heyrətləndirib. Cəmi iki yaşında olan bir uşağın mədəsindən 209 maqnit topu çıxarılıb.

525.az xəbər verir ki, 2 yaşındakı bir uşaq ailəsinin xəbəri olmadan, neodimyum adlanan maqnit toplarından udub. Bir neçə gün sonra uşağın nəcisinin qara olduğunu görən ailə həkimə müraciət edib. Xəstəxanaya aparılan körpə rentgen müayinəsindən keçirilib. Bu zamanı uşağın mədəsində maqnit topları aşkarlanıb.

Həkimlər 2 saat çəkən əməliyyat zamanı uşağın bağırsaqlarından 209 maqnit topu çıxarıb. Həkimlər çıxarılan maqnit toplarının bəzilərinin mədə astarını deşə biləcək kəskin kənarlara sahib olduqlarını bildiriblər.

Qeyd edək ki, indi azyaşlının sağlamlığının yaxşı olduğu bildirilib.

Firuzə Əliyeva  

 





21.04.2021    çap et  çap et