ABŞ-da təyyarə mühərrikin sıradan çıxması səbəbindən okeana təcili eniş edib.
525.az xəbər verir ki, Florida ştatında havada olarkən texniki nasazlıq baş verdiyi üçün II Dünya Müharibəsindən qalan nümayiş təyyarəsi təcili olaraq Florida ştatında eniş edib. Kakao çimərliyi ərazisində istirahət edənlər qəfildən qarşıdan çıxan təyyarəni gördükdə təəccübləniblər. Təyyarənin suya düşmə anı sahildə olanlar tərəfindən qeydə alınıb.
Təyyarənin uğurlu enişindən sonra sahildə olanlar pilota kömək ediblər. Hadisədə pilot da daxil olmaqla heç kim xəsarət almayıb.
El Roman