525.Az

Hökumət Yaponiya şirkəti ilə memorandum imzalayıb


 

Hökumət Yaponiya şirkəti ilə memorandum imzalayıb <b style="color:red"></b>

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın "Nippon İxrac və İnvestisiya Sığortası" şirkəti (NEXI) arasında ümumi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və NEXİ-nin sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə  müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və NEXI arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Yeni memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq.

Qeyd edilib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcəkdir.

Mikayıl Cabbarov yapon şirkətlərini imzalanan Memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.

 





21.04.2021    çap et  çap et