525.Az

"Rusiya münaqişənin dayandırılmasında vacib rol oynayıb"


 

"Rusiya münaqişənin dayandırılmasında vacib rol oynayıb"<b style="color:red"></b>

"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

V. Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.

"Biz BMT-nin münaqişələrin həllinin tapılmasında rolunu hər zaman dəstəkləmişik. Suriyada, Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında da vacib rol oynayıb", - deyə Rusiya dövlət başçısı bildirib.

 

 





21.04.2021    çap et  çap et