525.Az

Rusiya və Ukrayna hərbçiləri arasında atışma olub


 

Rusiya və Ukrayna hərbçiləri arasında atışma olub<b style="color:red"></b> Rusiya xüsusi təyinatlılarının Simferopolda yerləşən Ukrayna Silahlı Qüvvələrinin  fotoqrammetriya mərkəzinə həyata keçirdikləri hücum nəticəsində bir Ukrayna hərbçisi həlak olub.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə “İnformasiya müqaviməti” qrupunun təşkilatçısı Dmitri Timçuk öz  Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Rusiya xüsusi təyinatlılara döyüş dəstəyi “özünümüdafiə” dəstəsi adlandırılan qruplaşmanın  üzvləri tərəfindən göstərilib. 
 
Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə mətbuat mərkəzinin rəhbəri Vladislav Seleznevin sözlərinə görə, hücum nəticəsində fotoqrammetriya mərkəzinin bir əməkdaşı həlak olub. Həlak olan hərbçi hərbi hissə ərazisində növbə çəkirmiş.   
 
Dmitri Timçukun sözlərinə görə, atəş “özünümüdafiə” dəstəsi tərəfindən açılıb. Yaralı hərbçi xəstəxanada keçinib.
 





19.03.2014    çap et  çap et