525.Az

Britaniyada son sutkada 22 nəfər koronavirusdan ölüb


 

Britaniyada son sutkada 22 nəfər koronavirusdan ölüb<b style="color:red"></b>

Böyük Britaniyada son sutka ərzində 2 396 nəfər koronavirusa yoluxub.

525-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 4 395 703 nəfərə çatıb.

Son 24 saat ərzində 22 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 327 nəfərə çatıb.

 

 





21.04.2021    çap et  çap et