525.Az

İki ölkə arasındakı uçuşlarda ilk yoluxma halı aşkarlandı


 

İki ölkə arasındakı uçuşlarda ilk yoluxma halı aşkarlandı <b style="color:red"></b>

Yeni Zelandiya və Avstraliya arasında aviauçuşların başlamasından iki gün keçməsinə baxmayarq, artıq koronavirusa yoluxma halı qeydə alınıb.

525.az xəbər verir ki, epidemiya səbəbindən bir çox ölkə kimi Avstraliya və Yeni Zelandiya da qarşılıqlı uçuşları dayandırmışdı. Yalnız 1 il sonra, 19 apreldə uçuşlara yenidən start veriib. Lakin bu, müsbət nəticə verməyib. Artıq Zelandiyanın Auckland Hava limanında bir işçinin koronavirus testi pozitiv çıxdığı bildirilir.

Hadisədən sonra açıqlama verən Yeni Zelandiya Baş naziri Casinda Ardern uçuşların yenidən başlanacağı təqdirdə belə halların olacağını nəzə aldıqlarını deyib və bun səyahətin bir parçası adlanırıb. Baş nazir, Avstraliyanın da bunu qəbul edəcəyinə inandığını qeyd edib. Koronavirus testi pozitiv çıxan işçiyə peyvəndin ilk dozasının vurulduğu da bildirilib.

Qeyd edək ki, hazırda hər iki ölkə koronavirusu nəzarət altında saxlamağı bacarır.

Firuzə Əliyeva

 





21.04.2021    çap et  çap et