525.Az

İndoneziyada sualtı qayıq yoxa çıxıb


 

İndoneziyada sualtı qayıq yoxa çıxıb<b style="color:red"></b>

53 nəfərlik heyəti olan İndoneziya donanması sualtı qayığı yoxa çıxıb. Artıq Dəniz Qüvvələri tərəfindən sualtı qayığın axtarışına başlanılıb.

525.az xəbər verir ki, hərbi səlahiyyətlilər "KRI Nanggala-402" sualtı gəmisi ilə təmasların gecə saat 03:00 radələrində kəsildiyini açıqlayıb. Sualtı qayıqda 53 nəfər personalın olduğu və axtarış xilasetmə işlərinin başladığı barədə məlumat verilib. İndoneziya Milli Silahlı Qüvvələrinin komandanı marşal Hadi Tjahjanto sualtı qayığın Bali adasından 95 kilometr şimalda itdiyini deyib.

İndoneziya səlahiyyətlilərinin Avstraliya və Sinqapurdan kömək istədikləri bildirib.

Firuzə Əliyeva

 





21.04.2021    çap et  çap et