525.az xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbəri olduğu qurumun fəaliyyətindən bəhs edərək, Fondun qurucu üzv ölkələri olan Türkiyə və Azərbaycan münasibətlərinə toxunub, eyni zamanda türkdilli xalqlar arasında olan mədəni əlaqələrdən bəhs edib.
Hulusi Kılıç Fond tərəfindən Türk dünyasının maddi-mədəni irsinin tanıdılması istiqamətində keçirilən layihələri, görülən işləri yaxından izlədiyini vurğulayaraq, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Görüş tərəflər arasında fikir mübadiləsi ilə davam edib.