525.Az

Ukraynada karantin rejimi uzadıldı


 

Ukraynada karantin rejimi uzadıldı<b style="color:red"></b>

Ukrayna hökuməti koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb.

525.az xəbər verir ki, bu haqda qərarı ölkənin baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin 21 apreldə keçirilən iclasında deyib.

“Hökümət fövqəladə vəziyyət və müvafiq olaraq karantin rejimini iyunun 30-dək uzadır”, - deyə D.Şmıqal bildirib.

Qeyd edək ki, Ukraynada koronavirusa yeni yoluxma hallarının sayı artıb: sutka ərzində 12.162 yeni yoluxma faktı qeydə alınıb. Yeni yoluxmaların ən çoxu Kiyevdə, həmçinin Xarkov və Kiyev vilayətlərində müşahidə olunub.
 





22.04.2021    çap et  çap et