525.Az

VI Respublika fənn müsabiqələri keçiriləcək


 

VI Respublika fənn müsabiqələri keçiriləcək<b style="color:red"></b>

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçiriləcək.

525.az-a verilən məlumata görə, aprelin 26-da VI siniflər riyaziyyat və informatika fənləri üzrə, aprelin 27-də isə VII siniflər fizika, kimya və biologiya fənləri üzrə imtahan verəcəklər.

Müsabiqədə iştirak üçün 8000-ə yaxın şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 





22.04.2021    çap et  çap et