525.Az

Fransalı hüquqşünaslar Ağdam Cümə məscidində


 

Fransalı hüquqşünaslar Ağdam Cümə məscidində <b style="color:red"></b>

Fransalı hüquqşünaslar Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.

525.az APA-ya istinadən xəbər verir ki, hüquqşünaslar Yassine Yakouti və Elise Arfi Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Onlar ermənilərin məsciddə törətdiyi vandallığın izləri, məscidin ətrafındakı evlərin, tikililərin dağıntıları ilə tanış olublar.

Qonaqlara işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi dağıntılar və digər vandallıq əməlləri barədə ətraflı məlumat verilib.

 

 





22.04.2021    çap et  çap et