525.Az

Çexiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən çıxara bilər


 

Çexiya Rusiya səfirliyinin əməkdaşlarını ölkədən çıxara bilər<b style="color:red"></b>

Çexiya Rusiya səfirliyinin 70-ə yaxın əməkdaşını ölkədən çıxara bilər.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın xarici işlər naziri Jakub Kulhanek deyib.

“Dünən Rusiya səfirinə bildirdim ki, əgər çex diplomatlar Moskvaya qayıtmasa, Praqadakı Rusiya səfirliyin tərkibini bu səviyyəyə endirəcəyik. Rusiya tərəfi tələbimizə reaksiya vermədiyi üçün bu qərarın tətbiqinə başlayacağıq”, - çex nazir bildirib.

XİN başçısı qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşları mayın sonunadək Çexiya ərazisini tərk etməlidir.

Rusiyanın Praqadakı səfirliyində 27 diplomat və 67 texniki işçi, Çexiyanın Moskvadakı səfirliyində isə 5 diplomat və 19 texniki işçi var. Belə olan halda Rusiya səfirliyinin 22 diplomatı və 48 texniki işçisi Çexiyanın paytaxtını tərk edə bilər.

 





22.04.2021    çap et  çap et