525.Az

Qazaxıstan yerli peyvənddən istifadə edəcək


 

Qazaxıstan yerli peyvənddən istifadə edəcək<b style="color:red"></b>

Qazaxıstan Bioloji Təhlükəsizlik Problemləri Araşdırma İnstitutu tərəfindən istehsal edilən “QazVac” peyvəndinin ilk 50 min dozası “SK-Əczaçılıq” mərkəzləri arasında paylanacaq və daha sonra ölkənin bütün bölgələrindəki səhiyyə şöbələrinin anbarlarına çatdırılacaq.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 26-da ölkədə əhalinin “QazVac” peyvəndi ilə vaksinasiyasına başlanılacaq. May ayında növbəti partiyanın 50 min doza həcmində buraxılması planlaşdırılır. Bundan əlavə, peyvəndin istehsalı tədricən ayda 500-600 min dozaya çatdırılacaq.

Qazaxıstan vaksini Dünya Səhiyyə Təşkilatının Reyestrinə daxil edilib. Onun tam təhlükəsizliyi sübut edilib və koronavirus infeksiyasına qarşı davamlı immuniteti formalaşdırır. İnteraktiv peyvəndin üstünlüyü, peyvəndlə əlaqəli xəstəliklərə səbəb olmamasıdır.

 





22.04.2021    çap et  çap et