525.Az

Sadələşdirilmiş verginin ödəyiciləri yalnız fiziki şəxslər hesab ediləcək


 

Sadələşdirilmiş verginin ödəyiciləri yalnız fiziki şəxslər hesab ediləcək<b style="color:red"></b>

Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə sadələşdirilmiş verginin ödəyiciləri mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən bütün şəxslər deyil, yalnız fiziki şəxslər hesab edilib.

Bununla bağlı “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsinə zərurət yaranıb.

 





22.04.2021    çap et  çap et