https://525.az/img/pics/medium/2021-05/191722_xvf8k08gd3.jpg İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
https://525.az/../img/pics/medium/184188_qyndq1mzze.jpg İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
https://525.az/img/pics/medium/2021-05/191716_2d68kvn2sk.jpg Rusiyadan “Laçın dəhlizi” ilə bağlı açıqlama
https://525.az/img/pics/medium/2021-05/191715_3pxd2mu7v5.jpg "YAŞAT" Fondu şəhidlərin xatirəsinə videoçarx hazırlayıb
search
12 May 2021
11 May 2021
10 May 2021

Güləşçimiz Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olub

Güləşçimiz Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olub<b style="color:red"></b>

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

525.az-ın məlumatına görə, Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb.

Bu uğura qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik imza atıb. Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.


Bir gün öncə 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, yarımfinalda Oksana Livaçı (Ukrayna) 10:4 hesabı ilə məğlub edən Mariya bu gün finalda gücünü sınayıb. O, Miqlena Selişka (Bolqarıstan) üzərində qələbə qazanıb – 7:2.

Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub. İlk uğuruna 2008-ci ildə Finlandiyanın Tampere şəhərində imza atan güləşçimiz 2009, 2011, 2014, 2016 və 2017-ci illərdə də 48 kq, 2018-ci ildə isə indiki kimi 50 kq çəkidə ən güclü olub. 8 qitə çempionluğu olan Stadnik 2015 və 2019-cu illərdə Avropa Oyunlarının qalibi kimi “Köhnə qitə”də rəqibinin olmadığını göstərib.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadınların yarışında isə Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) 3-cü yer uğrunda gücünü yoxlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2021 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.