525.Az

Türkiyədə bu gün 354 nəfər COVID-19-dan həyatını itirib


 

Türkiyədə bu gün 354 nəfər COVID-19-dan həyatını itirib<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 354 nəfər həyatını itirib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.

Nazir deyib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb. Son 24 saatda 54 791 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 463 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.


Hazırda ölkə üzrə  bu infeksiyadan ümumilikdə 37 329 nəfər ölüb.   

Türkiyədə indiyədək 4 501 382 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 909 935-i müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Türkiyədə "23 Aprel Milli Suverenlik və Uşaq Bayramı" rəsmi tətil olduğu üçün COVID-19-la mübarizə tədbirləri çərçivəsində bu gün saat 19.00-dan başlayaraq 82 saatlıq xüsusi komendant saatı  tətbiq olunur.

 





22.04.2021    çap et  çap et