525.Az

İrəvanda etirazçılarla polis arasında qarşıdurma olub


 

İrəvanda etirazçılarla polis arasında qarşıdurma olub<b style="color:red"></b>

İrəvanda Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

525.az-ın məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Edqar Djanoyan bildirib.

Nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər.

Etiraz mitinqi zamanı polislə qarşıdurma olub.

 





22.04.2021    çap et  çap et